tramp 0112 900x600 1

ABŞ Prezidenti Donald Tramp ölkədə neft qiymətlərinin aşağı düşməməsindən məyus olub.

Globalinfo.az xəbər verir ki, o, Ədliyyə Nazirliyinə araşdırma aparmaq əmri verib.

“ABŞ-ın iri neft şirkətləri yanacaqdoldurma məntəqələrində qiymətləri aldıqları neftin qiymətinin kəskin düşməsinə mütənasib olaraq endirmirlər”, – deyə Tramp bildirib.

Məlumata görə, ABŞ və İran arasında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasını nəzərdə tutan yol xəritəsi üzrə anlaşmadan sonra dünya bazarında neft qiymətləri enməyə başlayıb.

Eyni zamanda, İsveçrədə keçirilən danışıqlarda İran neftinə tətbiq olunan bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılıqlar əldə olunub.

Bu prosesin fonunda Brent markalı neftin qiyməti fevral-mart aylarındakı səviyyələrə qədər geriləyib.

Buna baxmayaraq, ekspertlər bildirirlər ki, xam neftin ucuzlaşmasının yanacaq qiymətlərinə tam təsir etməsi üçün müəyyən vaxt tələb olunur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: