ABŞ-dan Qarabağdakı son toqquşmaya reaksiya

Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin Moskva ilə rəqabət naminə normallaşdırılmasına çalışmır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

Onun sözlərinə görə, ABŞ-ın məqsədi yalnız dövlətlər arasındakı köhnə mübahisənin həllidir. O, Vaşinqtonun Azərbaycanla Ermənistan arasında vasitəçiliyə çalışmadığını, əksinə dövlətlərin öz problemlərini özlərinin həll edə biləcəyini düşündüyünü bildirib.

“Biz bunu Moskva ilə rəqabət naminə etmirik. Biz bunu iki dövlət arasında uzunmüddətli konfliktin həlli üçün edirik, hansı ki, 5 martda olduğu kimi, hələ də can almağa davam edir. Bizi burada yalnız sülh və təhlükəsizlik maraqlandırır. Bu da Azərbaycan və Ermənistan xalqalrının maraqlarından irəli gəlir”.

İlkin Həsənov
Globalinfo.az