Ned Prays: “Stabil bir Qafqaz görmək istəyirik”

“Biz stabil Qafqaz regionu görmək istədiyimizlə bağlı marağımızı açıq ifadə etmişik”.

Globalinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə ona ünvanlanmış “SEPAH ötən həftə İran sərhəddə hərbi təlimlər keçirdi ki, bu, Azərbaycanda müəyyən narahatlıqlara səbəb oldu. Bununla bağlı şərhiniz varmı?” sualına cavab olaraq bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü bununla bağlı xüsusi şərhinin olmadığını diqqətə çatdırıb.

“Təbii ki, stabil bir Qafqaz regionu görmək istəyirik və bununla bağlı marağımızı açıq ifadə etmişik. Biz bu regionda – Ermənistan və Azərbaycan arasında gərginliyi azaltmaq, eyni zamanda, istənilən daha böyük gərginliklərin olmaması üçün bu ölkələrlə çalışırıq”, – Prays cavab verib.