Ned Prays istefa verir

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays martın 17-də tutduğu vəzifədən istefa verəcək.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumatı ABŞ dövlət katibi Entoni Blinken də təsdiqləyib. Telekanalın məlumatına görə, Ned Prays birbaşa Entoni Blinkenin nəzarəti altında siyasi vəzifədə çalışacaq. Dövlət Departamentinin sözçüsü vəzifəsini hazırda Praysın müavini olan Vedant Patel icra edəcək.

Ned Prays 2021-ci ilin yanvarında Dövlət Departamentinin sözçüsü təyin edilib. İşlədiyi müddətdə o, 200-dən çox mətbuat brifinqi keçirib. Bundan əvvəl Prays Mərkəzi Kəşfiyyat İdarəsində və ABŞ Milli Təhlükəsizlik Şurasında çalışıb.