Necati Şaşmazın fabriki yandı

Türkiyənin məşhur aktyoru Necati Şaşmaza məxsus “Novavud” adlı taxta fabrikində yanğın baş verib.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, fabrikin kənarında yerləşdirilmiş yonqarlar yanmağa başlayıb.

Yanğın qısa müddət ərzində söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, N.Şaşmaz “Kurtlar Vadisi” serialında “Polad Ələmdar” obrazı ilə məşhurlaşıb.