Nazirlikdən kütləvi istefalara reaksiya

Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındakı istefalara münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, ölkədə mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar, o cümlədən kino ittifaqları qanunvericiliyə əsasən öz fəaliyyətlərini əsasnamələrinə uyğun olaraq müstəqil şəkildə həyata keçirirlər.

“Sözügedən qurumların fəaliyyətlərinin təşkili və ona nəzarət olunması Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyildir”, – qurumdan qeyd olunub.