65f080908f45265f080908f453171026036865f080908f45065f080908f451

Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Çikovani Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşü zamanı bildirib.

Gürcüstan MN-in məlummatına görə, görüş zamanı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının vacibliyinə diqqət çəkilib.

İrakli Çikovani müdafiə nazirlərinin bu formatda görüşünün bu il Gürcüstanda keçiriləcəyini vurğulayıb.

 

Paylaş: