Nazirlərin növbəti üçtərəfli görüşü bu ölkədə keçiriləcək

Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli formatda növbəti görüşü gələn il Gürcüstanda keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bakı görüşü müdafiə nazirlərinin bu formatda 10-cu görüşü oldu. Ötən il isə görüş Türkiyənin Kayseri şəhərində keçirilmişdi.