nazirler 1

Dekabrın 15-də Azərbaycan Basketbol Liqasının VI turuna yekun vurulub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, turun Qubada keçirilən son qarşılaşmasında yerli komanda “Şəki”ni qəbul edib. Oyunu təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, millət vəkili Əlibala Məhərrəmzadə, Quba –Xaçmaz Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi, eləcə də çoxsaylı ictimaiyyət nümayəndələri və idmansevərlər izləyib.

Görüş “Şəki”nin 90:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Bildirilib ki, son vaxtlar ölkənin şimal zonasında idmana, xüsusilə basketbola maraq xeyli artıb. Bu işdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəaliyyəti xüsusi rol oynayır.

bd99ec01 f963 409f aae0 d511d308728d
b81014cf b9b5 4c13 ad7d c9c0918e98cc
cb8a20d1 d887 450e ad7a 36e31dd1161a

Paylaş: