Nazirlər Kabinetində qəzalı binalarla bağlı müşavirə keçirildi

Mayın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, müşavirədə aidiyyəti qurumların rəhbərləri iştirakı ediblər.

Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantın təqdim edilməsinə dair tapşırıqlar verilib.