Nazirin zəlzələ statusu sosial şəbəkələri silkələdi – FOTO

Elm və Təhsil naziri Emin Əmrullayevlə bağlı yeni qalmaqal yaranıb.

Globalinfo.az xəbər verir ki, nazirin Facebook səhifəsində paylaşdığı son statusu ciddi müzakirəyə səbəb olub. E.Əmrullayev Bakıda baş vermiş zəlzələ ilə bağlı paylaşım edib. Bu paylaşım naziri tənqid hədəfinə çıxarıb. İstifadəçilər onun bu paylaşımına etirazlarını bildirirlər. Bəzi tanınmış şəxslər nazirin postunun skrinini yayaraq, onu bu cür ciddi hadisəyə belə mövqe bildirməkdə suçlayırlar.

Nazir sözügedən statusda bu fikirləri yazıb:

“”Neftçi” İsraildə çempion oldu, Bakıda isə zəlzələ oldu…

Niderland, Macarıstan, Litva, İsrail və Çin komandalarına qalib gəlmələri münasibətilə komanda üzvlərini təbrik edirəm!!!”.

Globalinfo.az