vilayet ela

Daxili işlər orqanlarında yeni təyinat olub.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, MMA üzrə iki dəfə ölkə çempionu olmuş, dünya kubobunun qalibi və Avropa çempionu Hüseyn Bastanov polis sıralarına qəbul edilib.

O, Suraxanı rayon polis idarəsinin kadrlar qrupunun fiziki və döyüş hazırlığı üzrə inspektoru təyin edilib.

4dd11cabe696cd8ca9a84d3d75505ab91683547091 17095441 cb8a 4c97 925c 9dd1ea9d40cb 1683546511 jpg

 

Paylaş: