nazir son zeng

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib.

Globalinfo.az bildirir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

“Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev məzunları təbrik edərək bildirib ki, “Son zəng” məktəb həyatının başa çatması ilə yanaşı, gənclərin həyatında yeni və məsuliyyətli mərhələnin başlanğıcını ifadə edir. Nazir qeyd edib ki, bugünkü məzunlar gələcəyin tələbələri, mütəxəssisləri və ölkənin inkişafına töhfə verəcək vətəndaşlarıdır. Emin Əmrullayev məzunlara gələcək həyat yollarında düzgün seçimlər etməyi və cəmiyyət üçün faydalı vətəndaş kimi yetişməyi arzulayıb.

Nazir həmçinin şagirdlərlə səmimi söhbət apararaq onların gələcək təhsil və karyera planları ilə maraqlanıb.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunları təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzulayıb, ölkənin inkişafında savadlı və vətənpərvər gənclərin rolunu vurğulayıb.

Rəsmi hissədən sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub. Tədbir məzunlarla xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

May be an image of one or more peopleMay be an image of text that says 'Son zong Mezun mubarok! giangl! gününüta'May be an image of clarinet and trumpetMay be an image of one or more people and crowdNo photo description available.

Paylaş: