Nazir rəisi işdən çıxardı

Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Tural Məşədiyev işdən çıxarılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

T. Məşədiyev sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.