Nazir qadın polkovniki işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi vəzifəsindən azad edilib.

Globalinfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva vəzifəsindən azad edilərək, sərəncama götürülüb.