Nazir polis rəisini işdən çıxardı

 

Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.

Globalinfo.az bildirir ki, Lent.az-ın xəbərinə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli vəzifəsindən azad olunub.

Digər əmrlə o, Suraxanı Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.