Nazir sağaldı, xalq arasına çıxdı

mecnun

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusdan sağalıb.

Globalinfo.az bakupost.az-a istinadən xəbər verir ki, o, ötən gün Neftçala rayonunda keçirilən tədbirdə iştirak edib.

Tədbir 22 may – Beynəlxalq Bioloji Müxtəliflik Gününə həsr olunub.

Qeyd edək ki, ötən hətə naziri koronavirusa (COVID-19) yoluxduğu barədə xəbərlər yayılıb. Nazir Bakıda keçirilən “Caspian Agro” sərgisi ilə əlaqədar COVID-19 testi verib. Testin nəticəsi müsbət çıxıb.