Nazir əmr imzaladı: leytenanta yüksək vəzifə verildi

Daşkəsən rayon Dövlət Yol Polisi Bölməsinə yeni baş inspektor təyin olunub.

Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis leytenantı Bayramzadə Orxan Natiq oğlu təyin olunub.

Qeyd edək ki, O.Bayramzadə bundan əvvəl Daşkəsən rayon Dövlət Yol Polisi Bölməsində çalışıb.