Nazir Elnur Əliyevə yeni vəzifə verdi

Azərbaycan Respublikası Təhsil İnstitutuna yeni direktor əvəzi təyin olunub.

Globalinfo.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Elnur Əliyev təyinat alıb.

O, bu vəzifəyə qədər nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri olub.

Qeyd edək ki, institutun bundan əvvəlki direktoru Rüfət Əzizov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinə rektor təyin olunub.