Nazir: “BMT sistemində islahatlar zəruridir”

Azərbaycanın Fələstin xalqına humanitar dəstəyi bundan sonra da davam etdirəcək.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxışı zamanı bildirib.

Fələstin məsələsinin ədalətli həllini tapması, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən səylərə ölkəmizin aktiv şəkildə töhfə verdiyi, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə məsələyə göstərdiyimiz həssaslıq, habelə BMT-nin müvafiq ixtisaslaşmış qurumları vasitəsilə Fələstin xalqının humanitar ehtiyaclarının ödənməsi istiqamətində edilən yardımlar qeyd olunub. Ölkəmizin Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis etməsinin bu istiqamətdə əməkdaşlığa daha yaxından töhfə verəcəyi diqqətə çatdırılıb.

Son dövrdə regionda və dünyada baş verən hadisələr, mövcud qeyri-sabitliyin birbaşa olaraq beynəlxalq hüququn tətbiqində ikili standartlar problemindən qaynaqlandığı, bu istiqamətdə beynəlxalq təşkilatlar, o cümlədən BMT sistemində islahatların zəruri olduğu vurğulanıb.