Nazir “Bayer” – “Qarabağ” matçından paylaşım etdi – FOTO

Avropa Liqasının qrup mərhələsinin III turunun “Bayer” – “Qarabağ” matçını stadiondan izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da var. 

Globalinfo.az xəbər verir ki, bu barədə nazir Feysbuk hesabında paylaşım edib.

Stadiondan foto paylaşan F.Qayıbov “Haydi “Qarabağ” FK”, – deyə paylaşımda qeyd edib.

Onu müavini Mariana Vasileva ilə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədli müşayiət edirlər.