azerbaycanda qazin qiymeti hec nedir nazir samir serifov 309198

“2022-ci ildə Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cı ildönümünü qeyd etdik. Azərbaycanla ABŞ bir çox sahədə bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlıq edir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Müstəqilliyinin 247-ci ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublarında iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinə toxunub.

“Cənab Bayden ABŞ-ın Azərbaycan-Ermənistan sülh gündəliyinə töhfə verəcəyini bildirib. Əminik ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq münasibətləri daha da inkişaf edəcək”, – deyə nazir bildirib.

Paylaş: