nazarbayev 147

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev xarici siyasətlə bağlı xalqa müraciət etmək hüququndan məhrum edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Nəşr yazır ki, bu, Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin respublikanın 2020-2030-cu illər üçün Xarici Siyasət Konsepsiyasında edilən dəyişikliklərdə öz əksini tapıb. Belə ki, Nazarbayev prezident vəzifəsini icra etməsə belə, Konstitusiyaya əsasən, onun dövlət quruculuğu, daxili və xarici siyasət, o cümlədən milli təhlükəsizlik kimi vacib məsələlərlə bağlı təşəbbüslərlə xalqa, dövlət qurumlarına və vəzifəli şəxslərə müraciət etmək hüququ vardı. 

Lakin son dəyişikliklə keçmiş prezident bu hüquqdan məhrum edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: