Nazarbayevin xanımı soyadını dəyişdi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin həyat yoldaşı onun soyadından imtina edib.

Globalinfo.az KONKRET.az-a istinadən xəbər verir ki, Nursultan Nazarbayevlə Sara Nazarbayevanın boşanması ilə bağlı rəsmi məlumat yoxdur.

Nazarbayev.kz rəsmi internet saytında Sara Alpısovna hələ də birinci prezidentin həyat yoldaşı kimi göstərilir.

Qeyd olunub ki, Nazarbayevin xanımı 2005-2012-ci illər arasında soyadını dəyişib.

Xatırladaq ki, 82 yaşlı Sara Alpısovnanın üç övladı var, 59 yaşlı Dariqa, 43 yaşlı Aliyə Nazarbayeva və 55 yaşlı Dinara Kulibayeva.