Nazarbayevin adı buradan silindi – FOTO

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin abidəsi Astanadan götürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib

Qeyd edilib ki, abidə Müdafiə Nazirliyinin binalarından birində saxlanılır.

Həmçinin bildirilib ki, “Qazaxıstan Respublikasının ilk prezidenti adına Milli Müdafiə Universiteti — Elbası” adı “Qazaxıstan Respublikası Milli Müdafiə Universiteti” olaraq dəyişdirilib.