Nazarbayev çevrilişi “təşkil edən” şəxsin həbsi haqda ilk dəfə danışdı

Qazaxıstanın eks-prezidenti Nazarbayev ilk dəfə ölkə kəşfiyyatının eks-rəhbərinin həbsi ilə bağlı açıqlama verib.

Globalinfo.az bildirir ki, Nazarbayev Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin eks-rəhbərinə qarşı məhkəmənin bitməsini gözlədiyini bildirib.

“Mən də istintaq və məhkəmənin bitməsini gözləyirəm ki, səbəbin nə olduğunu və hadisələrin arxasında kimin dayandığını öyrənim. Məsimov uzun illər mənimlə işləyib, amma belə olacağını haradan biləsən?! Məgər İsa Məsih yanında oturan İudanın satqın olduğunu bilirdimi? Biz tanrı deyilik. Ona görə də məhkəmənin bitməsini gözləyək”.

Qeyd edək ki, Kərim Məsimov Qazaxıstanda 2022-ci ilin əvvəllərində baş tutan olaylardan sonra Tokayevin hədəfinə çevrilmişdi. Nazarbayevin ən sadiq kadrlarından sayılan Məsimov məhz bu olayların təşkilatçısı olmaqda, dövlət çevrilişinə cəhddə ittiham edilir. Onun cinayət işi tam məxfi qrifi altında aparılır.

İlkin
Globalinfo.az