Naxçıvanda yoxlama aparılır

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində yoxlama aparır.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, Hesablama Palatasının 2023-cü il üzrə iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində kənar dövlət maliyyə nəzarəti tədbirləri davam etdirilməkdədir.