İranda baş verən zəlzələ Naxçıvanda hiss edildi

Aprelin 20-də Naxçıvan seysmoloji stansiyasından 76 kilometr cənub-qərbdə – İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.

Globalinfo.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 22:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.6-ya bərabər olub.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babəkdə 3 bala qədər hiss olunub.

***

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib.