Naxçıvanda yüksək vəzifəyə təyin olunan Sadıqov bu məşhurun oğludur – DOSYE

 

Xəbər verdiyimiz kimi, bu gün İlqar Hacıbala oğlu Sadıqov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib.

Globalinfo.az yeni sədr təyin edilən İlqar Sadıqovun dosyesini təqdim edir:

İlqar Sadıqov əslən Naxçıvandan olsa da, 1965-ci il sentyabrın 25-də Bakıda anadan olub.

Orta məktəbi bitirdikdən sonra İqtisadiyyat Universitetinə daxil olub və oranı yüksək nəticə ilə başa vurub.

Onu tanıyanlar bildirir ki, İ.Sadıqov kifayət qədər savadlı və təcrübəli kadrdır.

Qeyd edilir ki, o, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində çalışıb və bu müddətdə xeyli faydalı işlər görüb.

Məlumat üçün bildirək ki, İ.Sadıqov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Hacıbala Sadıqovun oğludur.

H.Sadıqov “Şərəf nişanı” ordeni, Naxçıvan MR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, SSRİ Ədliyyə Nazirliyinin Döş nişanı ilə təltif olunub. 1991-ci ildə Hacıbala Sadıqov ədliyyə sistemində uzun müddətli qüsursuz fəaliyyətinə görə “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.

Zaira Akifqızı
Globalinfo.az