Naxçıvanda yeni institut yaradılacaq

Naxçıvan Dövlət Universiteti ilə informasiya texnologiyaları üzrə dünya nəhəngi IBM şirkəti arasında imzalanan memoranduma əsasən ali təhsil ocağında Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq.

Globalinfo.az xəbər verir ki, institutun yaradılması Naxçıvanı texnoloji mərkəzə çevirmək potensialını daşıyır. Bu institutun yaradılması ilə NDU-nun məzunları, müəllimlər texnologiya sahəsində, proqram təminatının hazırlanması sahəsində təlimlər verəcək, ixtisaslı kadrlar yetişdirəcək.

Proqramlaşdırma Mühəndisliyi İnstitutunun bu ilin sentyabrından fəaliyyətə başlaması nəzərdə tutulub.