Naxçıvanda yağışlı hava fəsad törətdi – VİDEO

Sədərəkdə yağan yağış fəsadlara səbəb olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 26.05.2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Sədərək rayonu, Qaraağac kəndində yağan intensiv yağışlar nəticəsində 2 fərdi yaşayış evinin həyətyanı sahəsini su basıb. Dövlət Yanğın Mühafizə hissəsinin müvafiq qüvvələri tərəfindən suyun çəkilməsi işləri aparılıb.

***

Naxçıvan Muxtar Respublikasında yağışlı hava şəraiti müşahidə olunur.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, günün ikinci yarısında Sədərək rayonuna güclü leysan yağıb. Rayon ərazisinə yağan leysan nəticəsində yaşayış məntəqələrindən sel keçib.

Hazırda Naxçıvan şəhərində güclü yağış davam edir.