Naxçıvanda vəkillərin sayı azalır – Açıqlama

“Çox təəssüf ki, Naxçıvanda vəkillərin sayı azalır. Bu da bizi narahat edir”.

Globalinfo.az bildirir ki, bu sözləri Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

“Son 5 ildə Azərbaycanda vəkillərin sayının artmasına baxmayaraq, Naxçıvanda azalma müşahidə edilir. Bu da bizi narahat edən əsas amillərdən biridir. Biz bu istiqamətdə dəstəyimizi davam etdirməliyik”, – sədr vurğulayıb.