Naxçıvanda təcili tibbi yardım xidməti yaradıldı

Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzinin bazasında Muxtar Respublikanın (MR) Səhiyyə Nazirliyinin tabeliyində təcili tibbi yardım xidməti yaradılıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bunu MR-in səhiyyə nazirinin vəzifəsini icra edən Samiq Sadıxov media nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, bununla da 12 cür geolokasiyanın sayı 40-a qədər artırılması nəzərdə tutulub:

“Bunun proqram təminatı ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir. Növbəti ilin əvvəlində bu proqram təminatı istifadəyə veriləcək və mərkəzləşmiş qaydada idarə ediləcək. Eləcə də təcili tibbi yardım maşınlarının qarajının yenilənməsi ilə bağlı ciddi işlər görülüb. Bugünkü təcili tibbi yardım avtomobilləri müəyyən mənada ehtiyaclarımızı qarşılayır. Amma növbəti illərdə bu avtomobillərin yenilənməsi, ehtiyac olan yeni avtomobillərin alınması ilə bağlı işlər görülür”.