Naxçıvan Muxtar Respublikasında taksi sürücüləri aksiya keçirirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Etiraz aksiyasına səbəb olaraq taksi sürücülərinə 16 min manat dəyərində olan “Naz-lifan” avtomobillərinin 35 min manata satılması göstərilir.
Xatırladaq ki, indiyədək Naxçıvan MR Ali Məclsinin sədri Vasif Talıbovun xüsusi göstərişi ilə Muxtar Respublikada taksi xidmətlərinin fəaliyyətinə icazə verilməyib.
Gülnar Səlimova
Globalinfo.az