Naxçıvanda şantajla pul tələb edənlər tutuldu – VİDEO

Naxçıvanda vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkənlərə göndərən şəxslərə qarşı əməliyyat keçirilib.

Globalinfo.az Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Quliyev Qadir və Zöhrabov Toğrul saxlanılıb.

Onlar şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən polis əməkdaşları tərəfindən tutulublar. Həmin şəxslər istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.

Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-in Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq İdarəsində araşdırmalar aparılır.

Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.