Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Şərur şəhərind restoranda dava-dalaş olub.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, iki nəfər şəxs “Elvin” restoranında yeyib-içdikdən sonra dava-dalaş salmağa, uca səslə söyüş söyməyə başlayıb. İctimai qaydanı və ictimai asayişi pozan şəxslərlə bağlı dərhal polisə məlumat verilib və həmin şəxslər saxlanılıb.
Barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xuliqanlıq) maddəsi ilə protokol tərib edilən şəxslərin 1999-cu il təvəllüdlü, Şərurun Alışar kənd sakini Z.Səlimov və 1986-cı il təvəllüdlü, rayonun Qorçulu kənd sakini E.Cəbrayılov (şərti) olmasə müəyyən edilib.
Saxlanılan şəxslər barələrindəki protokolla birgə Şərur Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onların hər birinə 8 sutka müddətinə həbs cəzası verilib.