Naxçıvanın Biçənək kəndində qar örtüyünün hündürlüyü 37 sm-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Belə ki, Biçənək kəndində səhər saatlarında zəif qar yağışı yenidən başlayıb. Təzə yağan qarın hündürlüyü 2 sm, ümumi qar örtüyünün qalınlığı isə 37 sm təşkil edir.
Həmçinin gecə saatlarından Parağaçay Qar Uçqunu Stansiyasına qar yağır, qarın hündürlüyü 3 sm təşkil edir.
Qeyd olunub ki, Kükü kəndinə qar yağması dayanıb. Burada təzə qarın hündürlüyü 8 sm, ümumi qar örtüyünün qalınlığı isə 25 sm-ə çatıb.