Naxçıvanda nazir işdən çıxarıldı

Daşqın Rəhimovun Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad olunub.