Naxçıvanda kəmərdə qəza – Bu şəhərlər susuz qaldı

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində magistral su xəttində qəza baş verib.

Globalinfo.az APA-ya istinadlaxəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.

Nəticədə şəhərin Xətai və bir sıra məhəllələrinə suyun verilişi dayandırılıb.

Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları qəza yerində təmir işlərinə başlayıblar. Hazırda işlər davam etdirilir.