Naxçıvanda İlham Əliyevə dəstək yürüşü keçirildi – VİDEO

Naxçıvan şəhərində Prezident İlham Əliyevə dəstək yürüşü keçirilib.

Globalinfo.az xəbər verir ki, yürüşdə minlərlə sakin küçə və prospektlərdə avtoyürüşlər təşkil edib, üçrəngli bayraqlarla qələbə şüarları səsləndiriblər.

Yürüş şəhərin Babək məhəlləsindən Heydər Əliyev prospektinə kimi davam edib.

Qeyd edək ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri artıq başa çatıb. “Ekzit-poll”un nəticələrinə görə, seçicilərin 92,60 faizi İlham Əliyevə səs verib.