Naxçıvanda dəhşətli hadisə: asılmış meyiti tapıldı

Naxçıvan Muxtar Respublikasında intihar hadisəsi baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Babək rayonu Kültəpə kəndində yaşayan 1972-ci il təvəllüdlü Əlövsət Əlişan oğlu Cəfərovun asılı vəziyyətdə qalmış meyiti tapılıb. Meyiti onun ailə üzvləri evdə aşkar ediblər.

Ə.Cəfərovun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla əlaqədar Babək rayon Prokurorluğunda araşdırma aparılır.

Malik
Globalinfo.az