382a0abc 156d 3523 b5d0 2a3393aefbed 850

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi ləğv edilib və artıq Naxçıvanda da dövlət orqanlarına dövlət qulluqçularının qəbulu, inzibati vəzifələrin tutulması Azərbaycan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova Naxçıvanda dövlət qulluqçuları ilə dövlət qulluğuna qəbul məsələlərinin müzakirəsinə dair təlimdə deyib.

Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq sosial-iqtisadi inkişafa doğru uğurlu addımlar atılmaqdadır. Görülən işlərin bir hissəsi də məhz dövlət qulluğu sahəsində aparılır. Bu sahədə əsas istiqamət peşəkar kadrların, yüksək ixtisaslı mütəxəssislərin hazırlığı və qəbuludur.

“Biz ayda bir dəfə dövlət qulluğuna qəbulla bağlı sertifikat imtahanları keçiririk. Eyni imtahanları Naxçıvanda da təşkil edəcəyik. Burada da dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər o imtahanlarda iştirak edə biləcək, sertifikatları əldə edə biləcəklər. Onlar bu sertifikatla Azərbaycanın digər dövlət orqanlarına da müraciət edə biləcəklər”, – N.Bayramova qeyd edib.

56a8b3ac 4f33 3e92 8351 f37452d660e6 e9e7a907 4282 3cf4 a366 9282a22cf8be 3b46df8a 612e 3343 9f67 cd22e396a237 0f42a4ec ef64 386d bf8f 5e11b178cb14

Paylaş: