Nazir parlamentdə açıqladı: Naxçıvanla bağlı MÜHÜM QƏRAR

Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına verilən dotasiya məbləği artacaq.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

İkinci oxunuşla müqayisədə üçüncü oxunuşda dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 1,7 milyon manat artırılır.