naxcivan 1

Naxçıvanda daha bir intihar hadisəsi qeydə alınıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Naxçıvan şəhəri Ş.Xiyabani küçəsi 19 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1970-ci il təvəllüdlü Əli Abbas oğlu Bayramovun meyiti axşam saatlarında həyətdən asılı vəziyyətdə aşkar edilib.

Onun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.

Faktla bağlı Naxçıvan Prokurorluğu araşdırma aparır.

Malik
Globalinfo.az

Paylaş: