Naxçıvan polisinə yeni avtomobillər verildi – FOTOLAR

Naxçıvanda polis orqanlarına yeni xidməti avtomobillər təqdim olunub.

Globalinfo.az xəbər verir ki, bununla yanaşı Naxçıvan MR Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binası da istifadəyə verilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan MR-in daxili işlər naziri general-mayor Süleyman Neymətov iştirak edib.

Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan MR  Daxili İşlər Nazirliyinə 16 yeni xidməti avtomobil təqdim edilib.

Bunlardan 4 ədəd “BMW” markalı avtomobil yol-patrul xidməti, “JAC-T8” markalı 12 avtomobil isə mühafizə polisi, pos-patrul xidməti və Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi üçün nəzərdə tutulub.