ay

Son günlər Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun dağlıq kəndləri ayıların hücumuna məruz qalır.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, kəndlərdə ayıların çoxalması sakinləri təşvişə salır.

Rayonun dağ kəndlərinin, o cümlədən də Kükünün sakinləri ayıların peyda olmasından təşvişə düşüblər. Sakinlər qeyd edirlər ki, ayılar onların böyük zəhmətlə ərsəyə gətirdiyi təsərrüfat sahələrinə və bal arıları yeşiklərinə ziyan vururlar. Bunlar bir yana, vəhşi heyvanlar onların həyatına təhlükə törədərək, təşviş yaradırlar.

Sakinlərin sözlərinə görə, vəhşi heyvanlar hətta günün istənilən saatında həyətlərdə gözə dəyir, alma, armud yeyirlər. Yırtıcı heyvanlar ovlarını dağda deyil, bağlarda axtarır.

6306a79e 4df0 3b14 bdc4 ac41cc04e115 321  a0315369 5c63 32b8 b98d 791d210a64bc 321 cb690058 a1b1 3ea3 93f4 26c4ebdf9515 321 5e2bb49b e147 3701 ae95 d95a591b9192 321

af47912f 516a 3770 9c52 3ae55995d5f4 321

Paylaş: