Naxçıvan Dövlət Universitetini buna görə su basdı – VİDEO

Naxçıvan Dövlət Universiteti təhsil ocağını su basması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, auditoriya və dəhlizlərə su pəncərədən dolub:

“Ötən gün Naxçıvanda güclü yağış yağdı və bir sıra fəsadlar törətdi. Həmin vaxt universitetin yerləşdiyi tərəfə daha çox dolu düşüb. Pəncərələr açıq qaldığı üçün yeni tikilən korpusun auditoriyasına su dolub”.