Navalnının qardaşı axtarışa verildi

Aleksey Navalnının qardaşı Oleq Navalnı axtarışa verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin bazasında yerləşdirilib.

Bildirilib ki, Oleq Navalnı yenidən axtarışa verilib.

Hüquq-mühafizə orqanlarından TASS-a agentliyinə bildiriblər ki, faktla bağlı yeni cinayət işi açılıb. Lakin Oleq Navalının hansı maddə ilə ittiham olunduğu açıqlanmayıb.