Qərb liderlərindən Navalnının ölümü haqda AÇIQLAMA

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsdə vəfat etməsinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, baş katib müxalifət lideirnin ölümündə Rusiya hakimiyyətinin günahkar olduğunu deyib.

“Rusiya bəzi suallara ciddi şəkildə cavab verməli, Navalnının ölümü ilə bağlı bütün faktlar müəyyən olunmalıdır”, – Stoltenberq qeyd edib.

Həmçinin Böyük Britaniyanın Baş naziri Rişi Sunak da Aleksey Navalnının ölümündə Kremli ittiham edib:

“Bu, dəhşətli xəbərdir. Rusiya demokratiyasının ən ciddi müdafiəçisi kimi Aleksey Navalnı həyatı boyu inanılmaz cəsarət nümayiş etdirib”.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel siyasətçinin ölümünə görə Rusiyanın məsuliyyət daşıdığını bildirib:

“Aleksey Navalnı azadlıq və demokratiya dəyərləri uğrunda mübarizə aparıb. O, öz idealları üçün son qurbanını da verdi. Bu faciəvi ölümə görə yalnız Rusiya məsuliyyət daşıyır. Onun ailəsinə və bütün dünyada ən qaranlıq şəraitdə belə demokratiya uğrunda mübarizə aparanlara dərin hüznlə başsağlığı verirəm. Döyüşçülər ölür, amma azadlıq uğrunda mübarizə bitmir”.

Fransanın xarici işlər naziri Stefan Sejourne Navalnının ölümünün Kremllə bağlı olduğunu deyib:

“Aleksey Navalnı zülmə qarşı göstərdiyi müqavimətin əvəzini həyatı ilə ödədi. Onun cəzaçəkmə müəssisəsində ölümü bizə Vladimir Putin rejiminin reallığını xatırladır. Fransa onun ailəsinə, yaxınlarına və rus xalqına başsağlığı verir”.

Ayşən Mustafa
Globalinfo.az