Navalnının cəsədi itib – FOTOLAR

Aleksey Navalnının cəsədi itib.

Globalinfo.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib.

Onun sözlərinə görə, Navalnının anasına oğlunun cəsədinin Yamalo-Nenetsk Muxtar Dairəsinin Salexard şəhərində olduğu barədə rəsmi bildiriş verilib.

Yarmışın bildirib ki, Navalnının vəkili və anası Salexard morquna getsələr də, ora bağlı olub.

Xatırladaq ki, fevralın 16-da günortadan sonra Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayılıb. Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər.